Mingəçevir şəhərində qəbiristanlıqların abadlaşdırılması istiqamətində işlər davam etdirilir
Mingəçevir Bələdiyyəsi tərəfindən şəhər ərazisində yerləşən qəbiristanlıqların abadlaşdırılması və ətraf ərazilərin səliqəli vəziyyətdə saxlanılması istiqamətində mütəmadi işlər həyata keçirilir.
Görülən işlər çərçivəsində ərazidə qurumuş və artıq budaqların təmizlənməsi, ağacların budanması, alaq otlarının və digər tullantıların ərazidən yığışdırılması, həmçinin yaranan tullantıların xüsusi nəqliyyat vasitələri ilə daşınması təmin olunur.
Abadlıq və təmizlik işlərinin aparılmasında əsas məqsəd qəbiristanlıqların ümumi görünüşünün yaxşılaşdırılması, ərazinin təmiz və səliqəli saxlanılması, eləcə də şəhər sakinləri üçün daha əlverişli şəraitin yaradılmasıdır.
Mingəçevir Bələdiyyəsi tərəfindən şəhərin abadlığı və ümumi təmizliyinin təmin olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.