Mingəçevir Bələdiyyəsi tərəfindən şəhər qəbiristanlığında abadlıq və təmizlik işlərinə başlanılıb
Hazırda aparılan işlər çərçivəsində qurumuş və təhlükə yaradan ağacların budanması, ərazinin təmizlənməsi və ətraf mühitin səliqəyə salınması istiqamətində zəruri tədbirlər görülür.
Həyata keçirilən abadlıq işlərinin məqsədi qəbiristanlıq ərazisinin daha səliqəli, təhlükəsiz və baxımlı vəziyyətdə saxlanılmasını təmin etməkdir. İşlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.