Mingəçevir Bələdiyyəsində gənclərlə görüş keçirilib
Mingəçevir Gənclər Evinin həyata keçirdiyi “Rəhbərliklə bir gün” layihəsi çərçivəsində Mingəçevir Bələdiyyəsində bələdiyyə sədri Anar İsmayılov gənclərlə görüş keçirib.
Görüş zamanı Anar İsmayılov gənclərə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, bələdiyyənin həyata keçirdiyi layihələr, qarşıda duran hədəflər və gənclərin cəmiyyətin inkişafındakı rolu barədə ətraflı məlumat verib.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib, yerli özünüidarəetmə sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda gənclərlə xatirə şəkli çəkdirilib.