19 İyun 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsinin nümayəndələri “Gender bərabərliyi” mövzusunda təlimdə iştirak edib

Mingəçevir Bələdiyyəsinin nümayəndələri 19 iyun tarixində Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “Gender bərabərliyi” mövzusunda təlimdə iştirak ediblər.
Təlim çərçivəsində gender bərabərliyinin təmin olunması sahəsində mövcud vəziyyət, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qərarvermə proseslərində iştirakçılığın artırılması, gender stereotiplərinin aradan qaldırılması və yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə həyata keçirə biləcəyi fəaliyyətlər barədə təqdimatlar və müzakirələr keçirilib.
Mingəçevir Bələdiyyəsi gələcək fəaliyyətlərində də gender bərabərliyinin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi saxlayaraq, cəmiyyətdə inklüzivliyin, ədalətli yanaşmanın və bərabər imkanların daha da möhkəmləndirilməsinə töhfə verməyə davam edəcəkdir.
Vətəndaş müraciəti