18 İyun 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsinin nümayəndələri beynəlxalq təlim-seminarda iştirak ediblər

18 iyun tarixində Bakı şəhərində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Azərbaycanda Merlərin Razılaşmasının Şərq Regional Proqramı çərçivəsində təşkil olunan “SECAP tədbirlərindən investisiyaya hazır layihələrə: Layihələrin hazırlanması” mövzusunda beynəlxalq seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Seminar zamanı iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, enerji səmərəliliyinin artırılması və dayanıqlı şəhər inkişafı istiqamətində layihələrin hazırlanması mövzularında təqdimatlar keçirilib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb. Tədbirdə bələdiyyələrin investisiyaya hazır layihələr hazırlaması, maliyyələşdirmə imkanlarından daha səmərəli istifadə etməsi və beynəlxalq təcrübədən faydalanması məsələləri müzakirə olunub.
Mingəçevir Bələdiyyəsi gələcəkdə də şəhərimizin dayanıqlı inkişafına, iqlim dəyişikliklərinə uyğunlaşmaya və ekoloji təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək layihələrdə fəal iştirakını davam etdirəcək.
Vətəndaş müraciəti