11 İyun 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib


Mingəçevir Bələdiyyəsi tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan dövlətçiliyinin inkişaf yolunu və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov 15 İyun 1993-cü il tarixinin Azərbaycanın müasir tarixində xüsusi yer tutduğunu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəmizi siyasi böhrandan və parçalanma təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını vurğulayıb.
Daha sonra bələdiyyə üzvü Vüsal Alșanov “15 İyun 1993-cü il – Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı”, bələdiyyə üzvü Gülnar Hidayətova “Milli Qurtuluş Gününün müasir Azərbaycanın inkişafındakı rolu”, bələdiyyə qulluqçusu Nərgiz Süleymanova isə “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində Milli Qurtuluş ideyalarının əhəmiyyəti” mövzularında çıxış ediblər.
Çıxışlarda Milli Qurtuluş Gününün dövlət müstəqilliyimizin qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın bugünkü inkişafının təməlində mühüm rol oynadığı qeyd edilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının bu gün də ölkəmizin inkişafına xidmət etdiyini vurğulayıblar.
Vətəndaş müraciəti