03 İyun 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsinin nümayəndə heyəti Polotsk şəhərində keçirilən “Şəhər günü” tədbirlərində iştirak edib

Belarus Respublikasının Polotsk şəhərində 29–31 may 2026-cı il tarixlərində keçirilən “Şəhər günü” tədbirlərində Mingəçevir şəhərinin nümayəndə heyəti iştirak edib.
Polotsk Rayon İcraiyyə Komitəsinin sədri Vasili Nikolayeviç Şilovun dəvəti ilə baş tutan səfərdə Mingəçevir şəhərini Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Məmmədov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov təmsil ediblər.
Səfər çərçivəsində Polotsk şəhərinin rəhbərliyi ilə keçirilən görüşlərdə iki şəhər arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Nümayəndə heyəti həmçinin bayram tədbirlərində, sərgilərdə və rəsmi qəbulda iştirak edərək Polotsk şəhərinin sosial-iqtisadi və mədəni həyatı ilə yaxından tanış olub.
Qardaş şəhər münasibətlərinə əsaslanan bu səfər Mingəçevir və Polotsk şəhərləri arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Vətəndaş müraciəti