25 May 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsi tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Daha sonra Azərbaycan dövlətçilik tarixini və Azərbaycan Xalq Cümhuriyyətinin yaranma yolunu əks etdirən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov Müstəqillik Gününün tarixi əhəmiyyətindən və milli dövlətçilik ənənələrinin qorunmasının vacibliyindən danışıb.
Daha sonra bələdiyyə üzvləri Nağı Zeynallı, Gültəkin Nəzərova və bələdiyyə qulluqçusu Zahid Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan, müstəqilliyimizin qorunmasının vacibliyindən və gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev çıxış edərək Müstəqillik Gününün xalqımızın tarixində xüsusi yer tutduğunu, milli həmrəyliyin və dövlətçilik ənənələrinin qorunmasının vacibliyini vurğulayıblar.
Vətəndaş müraciəti