20 May 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsi yüksək səviyyəli beynəlxalq konfransda təmsil olunub

Moldovanın paytaxtı Kişinyov şəhərində “ Merlər Razılaşması- Şərq Tərəfdaşlığı (CoM East) 15 illiyi”nə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
Konfransda Mingəçevir Bələdiyyəsini bələdiyyənin sədri Anar İsmayılov təmsil edir.
Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı regionunda CoM-un 15 ili: nəticələr və dərslər” adlı panel müzakirəsində Anar İsmayılov spiker qismində çıxış edib. Panel zamanı region ölkələrində həyata keçirilən iqlim və enerji təşəbbüsləri, yerli özünüidarəetmə sahəsində əldə olunan təcrübələr, həmçinin gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Avropa İttifaqının dəstəyi ilə dayanıqlı şəhər inkişafı, enerji səmərəliliyi, yaşıl transformasiya və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində həyata keçirilən layihələr və strateji yanaşmalar müzakirə olunur.
Konfrans müxtəlif ölkələrin yerli idarəetmə nümayəndələri üçün qarşılıqlı təcrübə mübadiləsi, innovativ yanaşmaların paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Konfransda Azərbaycanı Mingəçevir, Yevlax, Xırdalan, Quzanlı, Horadiz və Şəki bələdiyyələrinin nümayəndələri təmsil edir.
Vətəndaş müraciəti