Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Mingəçevir Bələdiyyəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dəyirmi masanı giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları və siyasi irsi müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.
Daha sonra Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva, bələdiyyə üzvləri Cavid Xəlilov və Şəmsinur Hüseynova çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərindən, xalqın milli birlik və vətənpərvərlik ruhunun formalaşmasındakı rolundan bəhs ediblər.
Tədbirin sonunda Heydər Əliyevin zəngin siyasi irsinin gələcək nəsillər üçün daim örnək olacağı vurğulanıb.