17 Mart 2026
Paylaş:

Mingəçevir şəhərində Novruz bayramı ərəfəsində geniş abadlıq və yaşıllaşdırma işləri aparılır

Bələdiyyə tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Bələdiyyə parkının ərazisində müxtəlif rəngli güllər əkilmiş və parkın ümumi görünüşü daha da gözəlləşdirilərək səliqəyə salınıb.
Görülən işlər sayəsində Mingəçevirimizin parkları daha canlı, rəngarəng və rahat istirahət üçün əlverişli məkana çevrilir. Şəhərimizin hər guşəsinin daha yaşıl və baxımlı olması istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir.
Vətəndaş müraciəti