14 Mart 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsi tərəfindən Novruz bayramı ərəfəsində ümumşəhər iməcliyi təşkil olundu

Mingəçevir Bələdiyyəsi tərəfindən Novruz bayramı ərəfəsində şəhər ərazisində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. 
Bu çərçivədə Bələdiyyə parkı və Sahil parkında ümumşəhər iməcliyi təşkil olunmuşdur. Keçirilən iməclik zamanı park ərazilərində yeni ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, ağacların dibləri bellənərək parkların ümumi görünüşü daha da səliqəyə salınmışdır.
Məqsədimiz şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və Novruz bayramı ərəfəsində Mingəçevirin daha gözəl və baxımlı görünməsinə töhfə verməkdir.
Vətəndaş müraciəti