Bələdiyyə Novruz bayramı keçiriləcək ərazidə təmir-abadlıq işləri aparır
Novruz bayramı münasibətilə Mingəçevir şəhərində keçiriləcək ümumşəhər tədbirinə hazırlıq çərçivəsində S. Vurğun parkında və parkın qarşısındakı meydanda təmir-abadlıq işləri aparılır. Parkın meydana açılan qapı-tağları və S. Vurğunun əsərlərini əks etdirən mozaikalar təmir olunaraq yenidən rənglənir. Şairin heykəli təmizlənib, ərazidəki yaşıllıqlara qulluq göstərilib, ağaclar budanıb.
Hazırda ərazidə abadlıq işləri davam etdirilir.