Xurşidbanu Natəvan küçəsində təmizlik və abadlıq işləri yekunlaşdı
Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində sakinlərin müraciəti əsasında başlanılan abadlıq və təmizlik tədbirləri uğurla yekunlaşdırılıb.
Aparılan işlər çərçivəsində ərazidə toplanmış məişət tullantılarından tam şəkildə ərazi təmizlənib, qazılmış və təhlükə yaradan bünövrə boşluqları torpaqla doldurularaq hamarlanıb, küçənin ümumi sanitar vəziyyəti və estetik görünüşü bərpa edilib. Görülən tədbirlər nəticəsində ərazi daha səliqəli və təhlükəsiz vəziyyətə gətirilib. Mingəçevir Bələdiyyəsi vətəndaş müraciətlərinə həssas yanaşaraq şəhər ərazisində təmizliyin qorunması, abadlıq işlərinin genişləndirilməsi və sağlam yaşayış mühitinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Sakinləri bir daha yaşadıqları ərazilərdə təmizliyə riayət etməyə və şəhərimizin abad saxlanılmasına birgə dəstək verməyə çağırırıq.