16 Fevral 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsi beynəlxalq tədbirdə iştirakını davam etdirir

Bakıda keçirilən "Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" təşəbbüsünə həsr olunmuş maarifləndirici tədbirin davamı olaraq növbəti görüş Naxçıvan şəhərində təşkil olunub.
Tədbirdə Anar İsmayılov Mingəçevir şəhərinin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı, həyata keçirilən layihələr və şəhərin təşəbbüs çərçivəsində əldə etdiyi təcrübə barədə təqdimatla çıxış edib. Mingəçevir bələdiyyəsinin layihələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yerli iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Vətəndaş müraciəti