09 Fevral 2022
Paylaş:

Mingəçevir şəhidinin xatirəsinə "Müasir Bulaq Kompleksi" Mingəçevir Bələdiyyəsinin təşəbbüsü ilə tikilib, təhvil verilmişdir

Mingəçevir Bələdiyyəsi növbəti sosial layihənin icrasını başa çatdırmışdır. Bələdiyyə öz təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə şəhidin yaşadığı əraziyə yaxın yerdə bulaq kompleksini tikərək, şəhidin ailəsinə təhvil vermişdir. 

Bulaq kompleksi müasir dizaynla tikilmiş, işıqlandırma sistemi müasir tələblərə uyğun qurulmuşdur. Kompleksin qarşısına iki ədəd oturacaq qoyulmuş və ətrafı abadlaşdırılmışdır. Bulaq kompleksinin tikintisi üçün bələdiyyə büdcəsindən 5000 manat vəsait xərclənmişdir. Əlavə olaraq tikinti üçün 5 kv.m.  ağ və qara mərmər Bələdiyyə tərəfində təmannasız quraşdırılmışdır. 

Bundan başqa şəhid qardaşları Əli və İslam Əhmədovlar bulaq kompleksinin tikintisinə kömək üçün Bələdiyyə büdcəsindən 2360 manat ayrılmışdır. Əlavə olaraq tikinti üçün 4 kv.m. ağ mərmər Bələdiyyə tərəfindən təmannasız quraşdırılmışdır.
Vətəndaş müraciəti