Mingəçevir Bələdiyyəsi tərəfindən Xurşidbanu Natəvan küçəsində təmizlik işlərinə başlanılmışdır
Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsinin sakinlərinin müraciəti əsasında ərazidə Mingəçevir Bələdiyyəsi tərəfindən təmizlik işlərinə başlanılmış və hazırda bu işlər davam etdirilir.
Vətəndaşların zibil tullantılarını əraziyə atması nəticəsində yaranmış antisanitar vəziyyətin aradan qaldırılması məqsədilə küçə boyu tullantılar yığışdırılır, qazılmış bünövrə yerləri torpaqla doldurulur, mühitin ümumi görünüşü mərhələli şəkildə bərpa olunur.
Mingəçevir Bələdiyyəsi vətəndaş müraciətlərinə operativ reaksiya verərək şəhər ərazisində təmizliyin, abadlığın və rahat yaşayış mühitinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.