Mingəçevir Bələdiyyəsində üzvlərin və qulluqçuların iştirakı ilə iclas keçirilmişdir
İclasda bələdiyyənin maliyyə vəziyyəti, yerli vergilər və ödənişlər, əmlak vergisi və icarə haqlarının yığımı müzakirə olunmuş, mövcud problemlər və onların həlli yolları nəzərdən keçirilmişdir. Gəlirlərin artırılması, ödəniş intizamının gücləndirilməsi və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış, müvafiq tapşırıqlar verilmişdir.
Qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində vergilərin yığımı şəffaflaşacaq, bələdiyyə büdcəsinin imkanları genişlənəcək və bu da əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılmasına şərait yaradacaq.