08 Dekabr 2025
Paylaş:

Mingəçevir Bələdiyyəsi tərəfindən Uşaq-Gənclər İnkişaf Mərkəzində Uşaq Hüquqları Aylığı çərçivəsində maarifləndirici görüş keçirildi.

Görüşdə Bələdiyyənin sədr müavini Ədalət Quliyeva, "Gənclərlə iş və idman" komissiyasının sədri Gültəkin Nəzərova və "Sosial və iqtisadi inkişaf" şöbəsinin müdiri Zahid Qasımlı iştirak edərək dərnək üzvlərinə öz hüquqları, təhlükəsizlik və sağlam həyat prinsipləri barədə məlumat verdilər və onların suallarını cavablandırdılar. Dərnək üzvləri çıxışlarda fəal iştirak edərək fikirlərini paylaşdılar.
Belə görüşlər uşaqların hüquqlarını daha yaxşı anlamalarına, özlərini qoruma bacarıqlarını artırmalarına və sağlam mühitdə böyümələrinə böyük töhfə verir.
Mingəçevir Bələdiyyəsi uşaqların təhlükəsizliyi və inkişafını daim diqqətdə saxlayır və onlara hər zaman dəstək olur!
Vətəndaş müraciəti