Mingəçevir Bələdiyyəsi Vətən Müharibəsi iştirakçısı Abdullayev Abdulla ilə görüş keçirib
44 günlük Vətən Müharibəsində mingəçevirli gənclər də yaxından iştirak etmişlər. Müharibədə iştirak edən gənclərimizdən 51 nəfəri şəhid olmuş, onlarla gəncimiz qazi kimi geri dönmüşdür.
Mingəçevir Bələdiyyəsi müharibə dövründə döyüşçülərimizə maddi və mənəvi dəstək olmuş, şəhidlərin dəfn mərasimlərinin təşkilində fəallıq göstərmişdir. Bu yaxınlarda Bələdiyyənin nümayəndələri I qrup əlil qazimiz Abdulla Abdullayevin yaşadığı mənzildə olmuş, onunla və valideynləri ilə səmimi söhbətlər aparmışlar.
Görüşün nəticəsi olaraq 1-ci qrup Qarabağ Müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğlunu Mingəçevir Bələdiyyəsi 04 iyun 2021-ci il tarixli, №12/5 qərara əsasən himayəyə götürmüşdür və ona hər ay 200 manat maddi yardım veriləcəkdir.