16 Oktyabr 2025
Paylaş:

Mingəçevir Bələdiyyə sədri sakinlərlə görüşdə

Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov A. Məmmədov küçəsində yerləşən 5a nömrəli binanın sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə bələdiyyənin doqquz aylıq fəaliyyəti, sosial layihələr və əmlak vergilərinin əhəmiyyəti barədə məlumat verilib.
Sakinlər məhəllə komitəsi yaratmaq istəklərini bildirərək, əsas problem kimi xeyir-şər mağarında təmirə ehtiyac olduğunu qeyd ediblər.
  Bələdiyyə sədri mağara baxış keçirib və təmir işlərinin sakinlərlə birgə aparılacağını bildirib.
   Belə səyyar görüşlər yerli problemlərin həlli və ictimai həmrəyliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
  Birlikdə daha abad Mingəçevir üçün!
Vətəndaş müraciəti