18 May 2022
Paylaş:

Ədliyyə Nazirliyinin "Bərdə Regional Ədliyyə İdarəsi"nin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları Eldəniz İbrahimov və Asəf Əkbərov Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirdilər.

Seminarda yerli büdcənin icrasının İKT vasitəsi ilə ictimaiyyətə çatdırılması, hesabatlılıq və şəffaflıq, elektron xidmət bazasının yaradılması, “Bələdiyyələrlə iş” portalından istifadə, İctimai Şuranın formalaşdırılması, vergi ödəyicilərinin siyahılarının dəqiqləşdirilməsi, bələdiyyədə arxiv işi və kargüzarlıq, gender bərabərliyi və digər məsələlərdən danışıldı.

Sonda bələdiyyə üzv və qulluqçularının sualları cavablandırıldı.
Vətəndaş müraciəti