28 Sentyabr 2025
Paylaş:

Şəhidlərin Anım Günü Mingəçevirdə silsilə tədbirlərlə qeyd olundu

27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevirdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. Ardınca Şəhidlər Xiyabanında ağacəkmə aksiyası təşkil olunub. Bu aksiyanın məqsədi şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaq və gələcək nəsillərə miras qoymaqdır.
Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. İştirakçılar bir dəqiqəlik sükutla qəhrəmanlarımızın əziz xatirəsini yad ediblər.
Silsilə tədbirlər şəhidlərin ruhuna verilən ehsan məclisi ilə başa çatıb. Tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, xalqımız Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsini hər zaman uca tutacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.

🇦🇿 Unutmadıq, unutdurmayacağıq!
Vətəndaş müraciəti