Xeyir-şər mağarı təmir edildi
Şəhidlərin Anım Günü ərəfəsində Mingəçevir bələdiyyəsi tərəfindən Şəhidlər Xiyabanının yaxınlığında, A. Məmmədov küçəsində yerləşən xeyir-şər mağarında təmir işləri yekunlaşdırılıb. Təmir çərçivəsində mağarın yan hissəsinə dörd ədəd pəncərə quraşdırılıb, açıq sahələr isə dik taxtalarla örtülüb.
Qeyd edək ki, təmir işləri həmin binada yaşayan şəhid ailəsinin müraciəti əsasında həyata keçirilib. Bu gün təmirdən sonra xeyir-şər mağarında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri və sakinlərin iştirakı ilə baxış keçirilib.
Mingəçevir bələdiyyəsi bundan sonra da sosial əhəmiyyətli layihələrin icrasını davam etdirməyi planlaşdırır.