Sakinlərin müraciəti əsasında Hüseyn Abbasəliyev küçəsində təmizlik işləri həyata keçirildi
Mingəçevir şəhəri, Hüseyn Abbasəliyev küçəsinin sakinlərinin müraciəti əsasında ərazidə Mingəçevir Bələdiyyəsi tərəfindən təmizlik işləri aparılmışdır.Vətəndaşların zibil tullantılarını əraziyə atması nəticəsində anti-sanitar vəziyyət yaranmışdır. Küçə boyu tullantılar yığışdırılmış, mühitin ümumi görünüşü bərpa olunmuşdur.
Mingəçevir Bələdiyyəsi olaraq sakinlərimizin müraciətlərinə həssaslıqla yanaşır, şəhərimizin daha təmiz, abad və yaşayış üçün rahat olması istiqamətində işlərimizi davam etdiririk.