08 Avqust 2025
Paylaş:

Azərbaycan Ağsaqqallar Şurasının Mingəçevirdə hesabat iclası keçirilib

Bu gün Mingəçevirdə Azərbaycan Ağsaqqallar Şurasının şəhər şöbəsinin növbəti illik fəaliyyətlə bağlı hesabat yığıncağı baş tutdu. Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla andılar.
İclasda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bələdiyyə sədri Anar İsmayılov, Şura rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ağsaqqallarımızın cəmiyyətdəki nüfuzlu rolu, gənclərlə iş, vətənpərvərlik, ailə dəyərlərinin qorunması, erkən nikah və yas mərasimləri ilə bağlı aktual məsələlər ətrafında dəyərli fikirlər səsləndirildi.
Cəmiyyətimizə dayaq olan ağsaqqallarımızın fəallığı və təcrübəsi bizim üçün hər zaman önəmlidir!
Vətəndaş müraciəti