Milli Qəhrəman Natiq Qasımovun anası son mənzilə yola salındı
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova Gəncə şəhərində vəfat edib. Mərhum Gəncədəki Səbiskar qəbiristanlığında dəfn olunub.
Mingəçevir Bələdiyyəsi mərhumun ailə üzvlərinə, şəhər ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, yaxınlarına Allahdan səbir diləyir.
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında misilsiz qəhrəmanlıq göstərən Natiq Qasımov kimi cəsur, igid, vətənpərvər övlad böyütdüyünə görə Dursun anaya Allahdan rəhmət diləyirik.
Dəfn mərasimində millət vəkili Aydın Mirzəzadə, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Mingəçevir Şəhər İH-nin şöbə müdiri Sahib Əliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.