25 İyul 2025
Paylaş:

FHN bələdiyyədə maarifləndirici tədbir keçirdi

25 iyul 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Mingəçevir bələdiyyəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə FHN Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin xidmət mayoru Azər Mahmudov, Maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qaçayev və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı kapitan Elnur Həbibzadə çıxış edərək fövqəladə hallar zamanı davranış qaydalarından danışdılar. Bildirdilər ki, ən zəruri qaydaları hamı bilməli və onlara riayət etməlidir.
Tədbirin sonunda yaranmış suallara əməkdaşlar tərfindən aydınlıq gətirildi.
Vətəndaş müraciəti