15 İyun 2021
Paylaş:

“Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda videokonfrans keçirilmişdir

15 iyun “Milli Qurtuluş Günü” ilə bağlı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda videokonfrans keçirildi.

Videokonfranda Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Tutu Xanlarova “Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan dahi şəxsiyyətdir” , Mingəçevir Bələdiyyəsinin “Gənclərlə iş və idman” komissiyasının sədri Gültəkin Yusibəliyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”, Mingəçevir Bələdiyyəsinin “Sosial və iqtisadi inkişaf” şöbəsinin müdiri Zahid Qasımlı “Yerli  özünüidarənin yaradılması və inkişafında Heydər Əliyevin rolu” mövzularıyla çıxış etdilər. Əlavə olaraq proqramla bağlı Uşaq Gənclər və İnkişaf   Mərkəzinin direktoru Ədalət Quliyeva və digər iştirakçılar çıxış etdilər.
Vətəndaş müraciəti