09 İyul 2025
Paylaş:

Mingəçevir Bələdiyyəsinin sədri sakinlərlə növbəti səyyar görüşlərini keçirdi

Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov şəhərin müxtəlif yaşayış massivlərində sakinlərlə mütəmadi olaraq keçirdiyi səyyar görüşlərini davam etdirir. Növbəti belə görüşlər Ş.İ.Xətai küçəsi 14 saylı və N.Nərimanov prospekti 44 saylı binaların sakinləri ilə baş tutub.
Görüş zamanı sədr Anar İsmayılov bələdiyyənin bu günə qədər gördüyü işlər və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə sakinlərə ətraflı məlumat verib. O, xüsusilə sosial yönümlü layihələrin icrasında yerli büdcənin rolu və əhalidən toplanan əmlak vergilərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, vətəndaşların vergi ödənişlərində fəal iştirakı bələdiyyənin fəaliyyətini daha da genişləndirməyə imkan yaradır.
Sakinlər də öz növbələrində əmlak vergisinin toplanmasında fəal olacaqlarını bildiriblər. Onlar bələdiyyə ilə birgə yerli əhəmiyyətli problemlərin həllinə dəstək verəcəklərini və bu məsələdə yaxından əməkdaşlıq edəcəklərini qeyd ediblər.
Görüşdə məhəllə komitələri tərəfindən bir sıra aktual məsələlər qaldırılıb. Sakinlər xeyir-şər mağarının təmiri, uşaq futbol meydançasının və idman qurğularının quraşdırılması, zirzəmilərin su ilə dolması, dezinfeksiya işlərinin aparılmaması, həmçinin ağacların budanması və suvarılması kimi problemləri diqqətə çatdırıblar.
Bələdiyyə sədri Anar İsmayılov bildirmişdir ki, bələdiyyənin səlahiyyətinə aid olan məsələlərin həlli üçün dərhal tədbirlər görüləcək, digər məsələlərlə bağlı isə aidiyyəti təşkilatlara müraciət ediləcək.
Səmimi və qarşılıqlı anlayış şəraitində keçən bu səyyar görüş bir daha göstərdi ki, sakinlərlə birbaşa təmasda olmaq bələdiyyənin fəaliyyətində mühüm yer tutur. Bu cür görüşlərin mütəmadi təşkili Mingəçevir Bələdiyyəsinin iş prinsipinin əsas istiqamətlərindən biridir.
Vətəndaş müraciəti