20 İyun 2025
Paylaş:

"I Mingəçevir Kitab Sərgisi"ndə iştirak edən könüllülər mükafatlandırıldı

Bu gün Mingəçevir Bələdiyyəsində təcrübə proqramında iştirak edən və I Mingəçevir Kitab Sərgisində fəallıq göstərən könüllü gənclərlə görüş keçirildi.
Tədbirdə çıxış edən bələdiyyə sədri Anar İsmayılov könüllülərin təşəbbüskar fəaliyyətini yüksək qiymətləndirərək onların ictimai həyatda fəal iştirakının əhəmiyyətini vurğuladı. O bildirdi ki, könüllülük yalnız bir təcrübə deyil, həm də vətəndaş məsuliyyəti və cəmiyyətə xidmətdir. Sədr gənclərə uğurlar arzulayaraq, onların gələcəkdə də bu fəallığı davam etdirməsini tövsiyə etdi.
Tədbirdə Bələdiyyənin sədr müavini Ədalət Quliyeva, İqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlı və Gənclərlə iş və idman komissiyasının sədri Gültəkin Nəzərova da çıxış edərək könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Görüşün sonunda könüllülərə təşəkkürnamələr və kitab hədiyyələri təqdim olundu.
Bu cür təşəbbüslər gənclərin inkişafına, şəhər həyatında daha fəal iştirakına və vətəndaş məsuliyyətinin formalaşmasına töhfə verir.
Bir daha bütün könüllülərimizə təşəkkür edirik!
Vətəndaş müraciəti