13 İyun 2025
Paylaş:

Reyd keçirildi

İyunun 12-də Kür çayının sol hissəsindəki Sahil parkında mövcud olan kiçikhəcmli gəmilərin yanalma körpüsündən istifadə edən, əhaliyə gəzinti xidməti göstərən kiçikhəcmli gəmilərin fəaliyyətində baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə birgə reyd keçirildi.
Reyddə FHN-nin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Bələdiyyəsinin,  şəhər Polis Şöbəsinin, Kütləvi  İnformasiya Vasitələrinin nümayəndələri və bu işlə məşğul olan sahibkarlar iştirak edirdilər. Reyd zamanı kiçik həcmli gəmilərin azyaşlılar tərəfindən idarə olunması, sənədsiz, qeydiyyatsız nəqliyyat vasitələrindən istifadə edilməsi, sərnişinlərin təhlükəsizliyinin qorunmaması, havanın çirkləndirilməsi, su nəqliyyat vasitələrinin çoxluğu, yanalma körpüsündə icarədarın nizam-intizam yarada bilməməsi kimi neqativ hallar müəyyənləşdirildi,  müvafiq inzibati protokollar tərtib edildi. Kiçikhəcmli gəmilərlə əhaliyə gəzinti xidməti göstərən gəmi sahibləri ilə profilaktik söhbətlər aparıldı. Onlara qanunu pozduqları təqdirdə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edildi.
Qeyd edək ki, belə reydlər  şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq vaxtaşırı keçirilir.
Vətəndaş müraciəti