Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirildi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları Rövşən Məhərrəmov və Emin Cəlalov Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirdilər. Müşavirədə bələdiyyə üzv və qulluqçuları iştirak etdilər. Bələdiyyənin sədri Anar İsmayılov giriş nitqi söylədi, qonaqları təqdim etdi, seminarın gündəliyi barədə məlumat verdi.
Seminar-müşavirədə aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparıldı:
-"Konstitusiya və Suverenlik ili" ilə bağlı keçirilmiş və nəzərdə tutulmuş tədbirlər barədə;
-Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında;
-"Bələdiyyə torpaqlarının idarə olunması" haqqında Azərbaycan Respublikası Qanununun icrası barədə;
-Bələdiyyə Nizamnamələrinin yenilənməsi barədə;
Bələdiyyə büdcəsinin formalaşdırılması üçün səylərin artırılması ilə bağlı tövsiyələr;
-Bələdiyyənin fəaliyyətində hesabatlılıq və şəffaflığın gözlənilməsi barədə;
-Bələdiyyənin həyata keçirdiyi sosial, iqtisadi və ekoloji layihələrin ictimailəşdirilməsinin vacibliyi haqqında.
Seminar-müşavirə müzakirə olunan mövzular ətrafında sual-cavablarla başa çatdı.