01 İyun 2025
Paylaş:

I Mingəçevir Kitab Sərgisi uğurla başa çatdı!

2025-ci ilin 31 may – 1 iyun tarixlərində Mingəçevir şəhərində Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş I Mingəçevir Kitab Sərgisi keçirildi. Mingəçevir bulvarında təşkil olunan bu iki günlük tədbir yüzlərlə kitapsevərin yaddaqalan anlar yaşamalarına səbəb oldu.
Tədbirin açılışında Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Bələdiyyəsi və Mingəçevir Dövlət Universitetinin rektoru çıxış edərək sərginin əhəmiyyətini vurğuladılar. Aran Regional Mədəniyyət İdarəsinin kollektivlərinin təqdim etdiyi musiqi nömrələri tədbirə bayram ab-havası bəxş etdi.
Mingəçevir Bələdiyyəsi olaraq, kitabın, bilik və mədəniyyətin cəmiyyətimizdə təşviqinə yönəlmiş bu təşəbbüsün bir parçası olmaqdan məmnunuq. 
Vətəndaş müraciəti