31 may-1 iyun 2025-ci il tarixlərində Mingəçevir şəhərində Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq
Nəzərdə tutulan tədbirdə kitab satışı ilə yanaşı, yazıçılarla görüş, imza saatları və s. kimi fəaliyyətlər təşkil olunacaq. Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılacaq ki, bu da 10 minlərlə kitabın, tanınmış müasir Azərbaycan yazıçılarının iştirakı deməkdir. Həmçinin sərgidə uşaqlar üçün intellektual masterklaslar, əyləncəli tədbirlər, oxu saatları və səhnəciklər təşkil olunacaq.
Qeyd edək ki, “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilər, silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran kimi bölgələrimizdə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) mütəmadi olaraq şəhər və rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir. Ölkəmizdə ilk dəfə olaraq belə bir sərginin keçirilməsdə bələdiyyə dəstəyi təşəbbüsü Mingəçevir Bələdiyyəsi tərəfindən irəli sürülüb.