Mingəçevir Bələdiyyəsinin Qonağı: İdmançı Rövşən Xəlilov!
Bu gün bələdiyyəmizin sədrinin qonağı, güc idman növlərindəki mükafatları ilə tanınan idmançı Rövşən Xəlilov oldu.
Rövşən, Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli məktəbin məzunudur və idman dünyasında bir çox uğurlar əldə etmişdir. 12 qat Azərbaycan çempionu, Dünya və Avropa çempionu olan Rövşən, öz şəxsi çəkisindən 4 dəfə çox ağırlığı yerdən qaldıraraq bu sahədə rekord qırmışdır.
Görüş zamanı onun nailiyyətləri və gələcək hədəfləri haqqında müzakirə apardıq. Rövşən kimi idmançılar gənclərimizə örnək olur və onlara ilham verir. Bu məqsədlə, “Mingəçevir idmançılarını tanıdaq!” adlı yeni rubrika yaratmağı planlaşdırırıq.
İdmanın inkişafına dəstək olmaq məqsədilə Mingəçevirdə müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur. Gənclərimizin idmana olan marağını artırmağa davam edəcəyik!
Mingəçevir onunla fəxr edir!