Bu gün Mingəçevir Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi
Görüş zamanı əsasən torpaq məsələləri, məhlələrin abadlaşdırılması, uşaq oyun meydançalarının salınması və işlə təminatla bağlı fikirlər səsləndirildi.
Müraciətləri dinləyən bələdiyyə sədri, hər bir fikrin dəyərli olduğunu, bu kimi açıq görüşlərin əsas məqsədinin məhz insanların ehtiyaclarını birbaşa öz dillərindən eşitmək və həll yollarını birgə müəyyənləşdirmək olduğunu vurğuladı. Daha sonra aidiyyəti üzrə komissiya sədrlərinə və şöbə müdirlərinə göstərişlər verildi.
Bu görüş bir daha göstərdi ki, inkişafın açarı birlikdə düşünmək və birlikdə hərəkət etməkdədir. Bələdiyyə – təkcə idarəedici orqan deyil, şəhərin gələcəyini birlikdə planlaşdıran bir ailədir.