16 May 2025
Paylaş:

"İxtisas bələdçisi" forumu keçirildi


Mayın 16-da Dövlət Məşğulluq Agentliyi tərəfindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mingəçevir Bələdiyyəsinin və Mingəçevir Dövlət Universitetinin təşkilatı dəstəyi ilə "İxtisas bələdçisi" forumu keçirildi.
Foruma ev sahibliyi edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov forum iştirakçılarına uğurlar arzuladıqdan sonra forum iki panel üzrə işinə başladı. Forumda ixtisas seçiminin meyarları, kodlaşdırma zamanı diqqət edilməli məqamlar, prosesin psixoloji aspektləri, ixtisas qruplarına daxil olan əsas ixtisaslar, onların gələcək perspektivləri mövzularında müzakirələr aparıldı. Müzakirələrdə abituriyentlər, 8-11-ci sinif şagirdləri və onların valideynləri, müəllimlər, təhsil ekspertləri və karyera məsləhətçiləri iştirak edirdilər. 
Üç saat davam edən forum sual-cavabla yekunlaşdı.
Vətəndaş müraciəti