10 May 2025
Paylaş:

Mingəçevir Bələdiyyəsi Şahmat Turnirinin Qaliblərini Mükafatlandırdı!

Bu gün Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş şahmat turnirinin yekun mərasimi keçirildi. Turnirdə 100-ə yaxın şahmatçı iştirak edərək, müxtəlif yaş kateqoriyalarında mübarizə apardı.Turnirin nəticələrinə əsasən, 30 iştirakçı I, II və III yerlərə layiq görüldü. Qaliblər Mingəçevir Bələdiyyəsi tərəfindən diplom və medallarla mükafatlandırıldı. Mükafatlandırma mərasimində Bələdiyyə sədri Anar İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Sərvər Hüseynov iştirak etdi.
Belə tədbirlər gənclərimiz üçün zehni inkişaf, idmana maraq yaratmaq və sağlam rəqabət mühitinin formalaşması baxımından çox önəmlidir.
Gələcəkdə daha çox belə yarışların keçirilməsini səbirsizliklə gözləyirik! 
Vətəndaş müraciəti