Bu gün Mingəçevir Bələdiyyəsinin sədri növbəti vətəndaş qəbulunu həyata keçirmişdir.
Qəbul zamanı müxtəlif mövzularla bağlı müraciətlər qeydə alındı. Müraciətlər arasında qəbristanlıq məsələləri, eləcə də məhəllələrə kölgəlik və oturacaqların qoyulması ilə bağlı məsələlər yer aldı. Hər bir müraciət diqqətlə dinlənildi, həll üçün komissiya sədrlərinə və şöbə müdirlərinə müvafiq göstərişlər verildi.
Sakinlərə tövsiyə olundu ki, məhəllə komitələrinin yaradılmasına və əmlak vergisinin toplanmasına fəal şəkildə qoşulsunlar. Belə təşəbbüslər birgə əməkdaşlıqla reallaşa bilər.