Heydər Əliyevin 102 illiyi münasibətilə şahmat turnirinə start verildi.
5 may 2025-ci il tarixində Mingəçevir Bələdiyyəsinin və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turnirinə start verildi.
Tədbirin açılışında Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış edərək Ulu Öndərin gənclər siyasətindən, eləcə də bələdiyyənin gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan danışdı.
Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Sərvər Hüseynov isə turnirin keçirilmə qaydaları və əhəmiyyəti barədə məlumat verdi.
Turnirdə müxtəlif yaş qruplarından olan 100-ə yaxın şahmatçı öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Turnir 10 may tarixində yekunlaşacaq və qaliblər Bələdiyyə tərəfindən mükafatlandırılacaq.
Tədbir gənclərin intellektual inkişafına dəstək vermək və onların asudə vaxtını səmərəli təşkil etmək məqsədi daşıyır.