Bu gün Mingəçevir Bələdiyyəsinin sədri növbəti vətəndaş qəbulunu keçirdi.
Qəbul zamanı şəhər sakinləri fərdi şəkildə dinlənildi, onları narahat edən məsələlər – torpaq sahələrinin sənədləşdirilməsi, sosial və məişət problemləri ilə bağlı müraciətlər qeydə alındı.
Qaldırılan hər bir məsələ diqqətlə araşdırıldı, bəzi müraciətlərin araşdırılması və operativ icrası üçün komissiya sədrlərinə ve şöbə müdirlərinə göstərişlər verildi.
Mingəçevir Bələdiyyəsi olaraq daim vətəndaşlarımızla birbaşa ünsiyyətə önəm verir, onların təklif və müraciətlərini fəaliyyətimizdə əsas istiqamət kimi qiymətləndiririk.