Bələdiyyə sədri vətəndaşları qəbul etdi.
Vətəndaşların müraciətlərinə baxılması Mingəçevir bələdiyyəsinin prioritet məsələlərindəndir. Müraciətlərin həlli və cavablandırılması qanunvericiliyin tələblərinə uyğun icra edilir. Bələdiyyə sədrinin vətəndaşların qəbulunu keçirməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
Mingəçevir bələdiyyəsində sədr Anar İsmayılov tərəfindən növbəti qəbul keçirildi. Qəbula gələnlər problemlərini deməklə yanaşı, bələdiyyənin fəaliyyəti üçün önəmli olan təkiflərini də bildirdilər.
Qəbulda şəhid ailəsi Nəcəf Cəfərov sahibkarlıqla məşğul olmaq üçün mövsümi müqavilə ilə bağlı, şəhid qızı Nurlana İsmayılzadə qonşu tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbti ilə bağlı, Durna Mustafayeva əlavə torpaq sahəsini mülkiyyətinə almaqla bağlı, l qrup əlil Mübariz İmamverdiyev istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı, Nurəddin Xəlilov mövsümi müqavilə ilə bağlı, Səfa Əliyev daşınmaz mətbəxin yerləşdirilməsinə icazə ilə bağlı, təqaüdçü Vaqif Sadıxov xeyr-şər mağarının təmiri ilə bağlı, dini icmanın üzvü Mabud Rəhimov icmaya maliyyə yardımı edilməsi ilə bağlı müraciətlər etdilər. Məhəllə komitələrinin fəallaşdırılması, yenilərinin yaradılması, əmlak vergisinin yığılması ilə əlaqədar, sakinlərlə görüşlərin keçirilməsi, dini icmalarla əlaqələrinin gücləndirilməsi və s. məsələlərlə bağlı təkliflər verildi.
Bələdiyyənin sədri qaldırılan problemlərin həlli ilə bağlı bələdiyyənin komissiya sədrlərinə və şöbə müdirlərinə göstərişlər verdi.