Bələdiyyə sədri şəhid ailələri ilə görüşdü.
Aprelin 7-sində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov bir qrup şəhid ailəsi ilə görüş keçirdi. Bələdiyyənin inzibati binasında çay süfrəsi ətrafında baş tutan görüşdə, bələdiyyə sədri bələdiyyənin görəcəyi işlərdən, nəzərdə tutulmuş lahiyələrdən danışdı və bildirdi ki, qarşımıza qoyduğumuz ən əsas istiqamət şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə diqqət və qayğının göstərilməsidir.
Şəhid ailələrindən Nəhayət Həsənova, İranə Həsənova, Xanımnaz İmanova və digərləri çıxış edərək bələdiyyənin yeni seçilmiş üzvlərini, o cümlədən bələdiyyə sədrini təbrik etdilər. Gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Eyni zamanda şəhid ailələrinin rastlaşdıqları problemlərdən söz açdılar. Problemlərin həlli yolları barədə təkliflərini bildirdilər.
Bələdiyyə sədri Anar İsmayılov şəhid ailələrini əmin etdi ki, bələdiyyə var gücü ilə işləyərək qarşıya çıxan problem və çətinlikləri aradan qaldırmağa çalışacaq.