16 Dekabr 2024
Paylaş:

Mingəçevir bələdiyyəsi Qarabağ müharibəsi veteranlarının məzarüstü abidələrini qoydu.

Mingəçevir bələdiyyəsi 1-ci Qarabağ müharibəsi veteranı Şirinov Qaryağdı Şirin oğlunun və onun oğlu 2-ci Qarabağ müharibəsi veteranı Şirinov Namaz Qaryağdı oğlunun məzarüstü abidələrini hazırlayaraq dəfn olunduqları şəhərin "Havarlı" adlanan qəbiristanlığında yerləşdirdi. Bununla əlaədar qəbirstanlıqda bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə mərasim keçiridi. Mərasim şəhid və mərhumların ruhuna Quran oxunmaqla başladı. Bələdiyyənin sədri Ramiz Əliyev bələdiyyənin fəaliyyəti dövründə həyata keçirdiyi sosial layihələrdən ən önəmlisinin şəhid və qazi ailələrinə göstərilən qayğının olduğunu bildirdi. O dedi ki, belə savab işlərdən birini də bu gün ata-bala qazilərin məzarüstü abidələrinin düzəldilməsi ilə reallaşdırdıq.
Şəhid ailələr Cəmiyyətinin sədri, bələdiyyə qulluqçusu İranə Həsənova respublikamızda şəhid və qazi ailələrinə göstərilən ehtiramdan danışdı. Bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə hər zaman humanist yanaşma ortaya qoyub. O, bələdiyyənin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi.
Vətəndaş müraciəti