07 Noyabr 2024
Paylaş:

Zəfər bayramı qeyd edildi

Mingəçevir bələdiyyəsində Zəfər bayramı münasibəti ilə tədbir keçirildi. Bələdiyyə sədri Ramiz Əliyev və Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri, bələdiyyə qulluqçusu İranə Həsənova tədbir iştirakçılarını təbrik etdilər, Zəfərə aparan yoldan danışdılar. Sonra Qarabağ müharibəsində iştirak edən bələdiyyə qulluqçuları Tağıyev Həsən, Cəfərov Elcan və Abdurəhmanov Eldara bələdiyyə tərəfindən pul mükafatları verildi. Vətən müharibəsində qazanılmış Zəfər gününün şərəfinə tort kəsildi.
Çay süfrəsi ətrafında Zəfər bayramı ilə bağlı maraqlı söhbətlər aparıldı.
Vətəndaş müraciəti