10 Oktyabr 2024
Paylaş:

Xiyaban abadlaşdırılır

Mingəçevir bələdiyyəsinin şəhərin H.Əliyev prospektində, bələdiyyənin inzibati binasının yaxınlığında yerləşən xiyabanda yenidənqurma, bərpa və abadlıq işləri davam edir. Bu barədə Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyev məlumat verib. Bildirib ki, xiyabanda yeni yaşıllıq, güllük zolaqları salınır.Yolun hər iki tərəfində ot örtüyü olacaq, uşaq və böyüklərin istirahəti üçün əyləncə güşələri yaradılacaq. Bundan əlavə, xiyabanda süni ot örtüyü ilə örtülən xüsusi heykəllər qoyulacaq. Bu da parka əlavə gözəllik verəcək. Əvvəlkindən fərqli olaraq müxtəlif heyvan fiqurlar heykəl şəkilində yerləşdiriləcək. Parkın kənarları müxtəlif bəzəkli gül kolları, dekorativ ağaclarla örtüləcək. Bir sözlə, yeni qurulmuş xiyaban mingəçevirlilərə qarşıdan gələn şəhərimizin ad günündə hədiyyə olacaq.Ramiz Əliyev onu da qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə bu gün xiyabana 130 dekorativ ağac əkilir.
Vətəndaş müraciəti