17 Sentyabr 2024
Paylaş:

Mingəçevir bələdiyyəsi məhəllələrdə abadlıq işlərinə başladı


Mingəçevirin gözəlləşməsində, tikinti-quruculuq işlərinin aparılmasında Mingəçevir Bələdiyyəsinin töhfələri böyükdür. Belə ki, Bələdiyyə tərəfindən ayrı-ayrı vaxtlarda şəhərin istirahət məskənlərinə əlavələrin edilməsinə, yaşayış binalarının qarşısında oturacaq və söhbətgahların qoyulmasına, xeyir-şər mağarlarının təmir olunmasında köməkliklər göstərilir. Mingəçevir Bələdiyyəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də sakinlərə həssaslıqla yanaşmaq, onların təklif və müraciətlərinə əsasən istəklərini həll etməkdir. Ötən illər ərzində şəhərin bir çox binalarının qarşısına vətəndaşların istəyinə, müraciətinə uyğun olaraq oturacaqların  və kölgəliklərin qoyulması təmin edilmişdir ki, bu da sakinlərin razılığı ilə qarşılanır. 
Sentyabrın ayının 17-də Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin, əməkdaşları Əli Əliyev, Zahid Qasımlının, mətbuat nümayəndələrinin iştirakı ilə yeni bir layihənin icrası baş tutdu. Belə ki, sakinlərin müxtəlif vaxtlarda etdikləri müraciətlərinə əsasən şəhərin fərqli məhəllərinə yeni və gözəl tərtibatla hazırlanmış oturacaqların və kölgəliklərin qoyulması prosesi həyata keçirildi. İlk olaraq Maqomayev küçəsindəki 48, 50, 54 saylı, M.F.Axundov küçəsindəki 16, 18 saylı, 20 Yanvar küçəsindəki şəhid ailələri və qazilər üçün inşa olunmuş 9 saylı yaşayış binalarının qarşısına ümumən 5 ədəd söhbətgah və 20 ədəd oturacaq qoyuldu. Tədbirdə iştirak edən binaların sakinlərin göstərinlən diqqətə görə minnətdarlıqlarını ifadə etdilər.
Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev tədbir zamanı bildirdi ki, ölkə Prezidentinin rəhbərliyi ilə vətənimizin bütün bölgələrində abadlıq-quruculuq işlərinin aparılması, xüsusən də vətəndaşların rifah halının yaxşılaşdırılması ürəkaçan hadisələrdəndir. Bildiyiniz kimi, Mingəçevir şəhərində şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq abadlıq işlərinin sahəsi genişlənir.  Mingəçevir Bələdiyyəsi də bu işlərə davamlı olaraq töhfələr verməkdədir.   Heydər Əliyev prospektində, bələdiyyənin inzibati binası ilə paralel olan park-xiyabanda yay aylarından yeni layihənin icrasına başlanıb. İşlərin keyfiyyətlə aparılmasına, şəhərimizin gözəlliyinə əlavələrin edilməsinə, buradakı yaşıllıq zolaqlarının daha da zənginləşdirilməsinə xüsusi diqqət göstərilir. Fəaliyyətimizin əsas sahələrindən biri də yaşayş binalarının qarşısına sakinlərin istək və arzularına uyğun olaraq, sizlərin rahat və mənalı istirahətiniz üçün oturacaqların qoyulmasını, kölgəliklərin hazırlanmasını təmin edirik. Bu işlər davam etməkdədir, gələcəkdə ayrı-ayrı binaların qarşısında da oturacaqlar və kölgəliklərin qoyulmasına nail olacağıq.
Vətəndaş müraciəti