İslam dünyasının mədəniyyət paytaxtı - Şuşa!
Avqustun 14-də Mingəçevir Bələdiyyəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin birgə təşkilatçılığı ilə bələdiyyənin iclas zalında “Şuşa şəhəri 2024-cü
il üçün İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-
nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin şöbə
müdiri-Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü
Zahid Qasımlı, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə,
Mingəçevir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan
Mikayıllı, həmçinin Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin üzvləri, Mingəçevir
Bələdiyyəsinin qulluqçuları, Mingəçevirdə məskunlaşmış Şuşa rayonunun məcburi köçkünləri,
din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Vətənin müstəqilliyi uğurunda şəhid olanların ruhu anılıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı Şuşa şəhərinin
2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edərək, bu
mövzuda bütün idarə və təşkilatlarda silsilə tədbirlərin keçirlməsinin gənc nəslin yetişməsində,
Vətənə sevgi ruhunda tərbiyə olunmasındakı əhəmiyyətindən danışıb. O, həmçinin 1-ci
Qarabağ müharibəsi dövründə özünün jurnalist fəaliyyəti barədə danışaraq, 1992-ci ildə
Şuşanın işğalı zamanı keçirdiyi mənəvi sarsıntıları dilə gətirib.
Tədbirin əsas mövzusu barədə çıxış edən DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı
Əlisa Fərəcov Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri
olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri,
alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan
edilməsinin heç də təsadüf olmadığını qeyd edərək, bunun ölkəmiz üçün tarixi hadisə olduğunu,
bu əlamətdar hadisənin İslam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi
dəyərləndirib. O, qeyd edib ki, bu gün Azərbaycanın, Türk dünyasının və İslam dünyasının
mədəniyyət payraxtı olan Şuşamızı bir gün dünyanın özü də özününkü hesab edəcək, necə ki,
hələ XVIII əsrdə dünyanın ən mədəni, gözəl şəhərləri ilə müqayisə edirdilər. Bu gün Şuşa şəhəri
beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən
dünyaya sülh, birlik və humanizm mesajları verilir.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə öz çıxışında əslən
Qarbağlı kimi işğaldan əvvəl və işğaldan azad olunduqdan sonra Şuşa şəhərinə səfərləri barədə
tədbir iştirakçılarına maraqlı hadisələr çatdırıb. O, həmçinin Şuşaya həsr olunmuş şeirlərini
səsləndirib.
Mingəçevir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan
Mikayıllı, telejurnalist İnqilab Şirinli, Mingəçevir şəhəri “Heydər” məscidi dini icmasının sədri
Qurban Vahidov, şair-publisist Bəhman Gülövşəli Şuşa şəhəri ilə əlaqədar öz xatirələrini
danışıb, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı kimi hər il təqdim etməyi hər
birimizin mənəvi morcu olduğunu vurğulayıblar.
Tədbirdən sonra iştirakçılar bələdiyyə kafesində qeyri-rəsmi formada diskussiyalarını davam etdiriblər.