Milli Mətbuatın yaranmasının 149-cu ildönümü münasibəti ilə Mingəçevir bələdiyyəsində şəhərdə fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirildi. Bələdiyyənin sədri Ramiz Əliyev jurnalistləri Mətbuat günü ilə əlaqədar təbrik etdi , onlara uğurlar arzuladı.
Jurnalistlərdən Fərman Nəbiyev, İnqilab Şirinli, İxtiyar Həsənli, Mətanət Məmmədova və Esmira Hidayətqızı çıxış edərək, mətbuat işçilərinə sayğı göstərilməsinə görə bələdiyyə sədri və işçilərinə minnətdarlıqlarını bildirdilər.
Bələdiyyə iclasının qərarı ilə bələdiyyənin fəaliyyətini işıqlandıran, tədbirlərdə fəal iştirak edən bir qrup jurnalistə pul mükafatı verildi.